APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Yeni Şotlandiya əyalətində, Stellarton şəhərindən 20 km aralıda baş verib.
2 kilometr radiusda yaşayan əhali evakuasiya edilib. Qaz sızması qeydə alınmayıb. Qəza zamanı qatarda olan maşinist və onun köməkçi xəsarət almayıblar. Hadisə ilə bağlı araşdırma aparılır.