Qiymətli kağızlarla birja əqdlərinin hesablaşmasında yeni qaydalar bu ilin ikinci yarısında tətbiq ediləcək

Qiymətli kağızlarla birja əqdlərinin hesablaşmasında yeni qaydalar bu ilin ikinci yarısında tətbiq ediləcək
# 05 iyun 2014 14:28 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Milli Depozit Mərkəzində (MDM) qiymətli kağızlar bazarının peşəkar iştirakçıları ilə görüş keçirilib.

APA-Eonomics”in xəbərinə görə, görüş zamanı 2014-cü ilin ikinci yarısında tətbiqi nəzərdə tutulan qiymətli kağızlarla ilkin bazar və təkrar bazar üzrə birja əqdlərinin hesablaşmasında yeni qaydaların müzakirəsi aparılıb.

Yeni qaydalar “Klirinq fəaliyyətinin həyata keçirilməsi Qaydaları”na əlavə və dəyişikliklər əsasında tətbiq ediləcək və əqdlərin hesablaşması üzrə əvvəlcədən bloklaşdırma sisteminin tədricən aradan qaldırılması və bazarın dərinləşdirilməsinin stimullaşdırılması məqsədini daşıyır.

Klirinq qaydalarına əlavə və dəyişikliklərlərin qüvvəyə mindiyi tarixdən dövlət qiymətli kağızları üzrə ilkin bazar əqdləri və REPO əməliyyatları ticarətdən əvvəl qiymətli kağızların və pul vəsaitlərin bloklaşdırılması əsasında T+0 zamanında, korporativ qiymətli kağızlarla ilkin bazar və təkrar bazar əqdləri üzrə yalnız qiymətli kağızların əvvəlcədən bloklaşdırılması, pulun isə T+1 zamanında təchiz edilməsi şərtilə hesablaşmaların aparılması tətbiq ediləcək.

Görüşdə iştirak edən bazar iştirakçıları klirinqin yeni qaydada həyata keçirilməsinə dair təklif və iradlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR