Birinci rübdə dövlət büdcəsinin mədaxili 106,1% yerinə yetirilib - VİDEO

Birinci rübdə dövlət büdcəsinin mədaxili 106,1% yerinə yetirilib - <span style="color: red;">VİDEO
# 15 aprel 2014 07:28 (UTC +04:00)

APA-Economics”in məlumatında görə, bu barədə Vergilər naziri Fazil Məmmədov Nazirlər Kabinetinin 2014-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında məlumat verib.

Nazir bildirib ki, büdcəyə səfərbər edilmiş 4 mlrd. 482,7 mln. manat vəsaitin 1 mlrd. 762,9 mln. manatı Vergilər Nazirliyinin, 330,4 mln. manatı Dövlət Gömrük Komitəsinin, 2 mlrd. 342,6 mln. manatı isə Dövlət Neft Fondunun hesabına təmin edilib.

Dövlət Neft Fondundan edilən transfertlər istisna olmaqla dövlət büdcəsinə daxilolmaların 36,7% neft-qaz sektorunun, 63,3% isə qeyri-neft-qaz sektorunun payına düşüb. Hesabat dövründə dövlət büdcəsinin xərcləri 4 mlrd. 374,3 mln. manat icra edilib.

Büdcə xərclərinin 21,8% və ya 954,3 mln. manatı sosial yönümlü olmaqla, 2013-cü ilin I rübü ilə müqayisədə 58,2 mln. manat və ya 6,5% çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ilin ilk üç ayında təhsil xərclərinə 8,5%, səhiyyə xərclərinə 18,6% çox vəsait yönəldilib.

F. Məmmədov əlavə edib ki, ölkədə uğurlu investisiya siyasətinin aparılması nəticəsində bütün maliyyə mənbələrindən əsas kapitala 3 mlrd. 125,9 mln. manat vəsait yönəldilib. Bu da 2013-cü ilin I rübü ilə müqayisədə 7% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR