İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub
# 17 dekabr 2013 13:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirməkdə təqsirləndirilən İrmak Əliyev və Fizzə Ələsgərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, İ. Əliyev 9 il 6 ay, F. Ələsgərova isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşları - Əliyev İrmak Məhəmməd oğlu və Ələsgərova Fizzə Məhərrəm qızı saxlanılıblar. Keçirilmiş baxış nəticəsində onlardan külli miqdarda narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Müəyyən edilib ki, İrmak Əliyev, Fizzə Ələsgərova və İranın Fuad adlı vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə qanunsuz əldə etdikləri külli miqdarda narkotik vasitəni qaçaq yolla İrandan Azərbaycana gətiriblər.

Onlar Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə ittiham olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR