Azərbaycanda istehlakçılara göndərilən neft məhsullarının həcmi 6% artıb

Azərbaycanda istehlakçılara göndərilən neft məhsullarının həcmi 6% artıb
# 22 oktyabr 2013 13:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda istehlakçılara (ixrac daxil olmaqla) ümumilikdə 5 020,4 min ton neft məhsulları göndərilib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6% çoxdur.

Belə ki, istehlakçılara göndərilən neft məhsullarının 34,6%-ni dizel yanacağı, 20,8%-ni avtomobil benzini, 10,0%-ni aviasiya üçün ağ neft, 5,8%-ni maye qaz, 4,7%-ni neft bitumu, 3,2%-ni mazut yanacağı, 0,8%-ni sürtgü yağları, 20,1%-ni isə digər məhsullar təşkil edir.

Hesabat dövründə neft məhsullarının 76,8%-i daxili bazarda tələbatın ödənilməsinə yönəldilib, 23,2%-i isə ixrac olunub.

Bu ilin yanvar-sentyabr aylarında ölkə istehlakçılarına 3 857,6 min ton və yaxud əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,9% çox neft emalı məhsulları göndərilib. Mazut yanacağı və sürtgü yağları istisna olmaqla, göndərilən qalan neft məhsullarının həcmi artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR