Bakının mərkəzində 7 maşın toqquşub, yaralananlar var - FOTO - VİDEO

Bakının mərkəzində 7 maşın toqquşub, yaralananlar var - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 02 dekabr 2013 20:42 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə paytaxtın Neftçilər prospektində, Qız qalasının qarşısında qeydə alınıb. Qəzaya avtomobillərdən birinin qarşıdakı hərəkət zolağına çıxması səbəb olub. Əks istiqamətdə hərəkət edən iki maşının toqquşmasından sonra daha 5 maşın bir-birinə dəyib.

Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində iki nəfər xəsarət alıb. Onlar müxtəlif xəsarətlərlə Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR