® SamsungStore - indi Sumqayıtda! - FOTO

<font color=red>® </font>SamsungStore - indi Sumqayıtda! - <span style="color: red;">FOTO
# 17 yanvar 2014 07:00 (UTC +04:00)

Sumqayıt şəhərində “IntegralPlus” pərakəndə şəbəkəsinin “SamsungStore” monobrend mağazası açılıb

Bakı - APA-Economics. Ən son mobil telefon modelləri, planşetlər, “ağıllı televizorlar”, unikal nümayiş zonası... Artıq bunların hamısından tək Bakıda deyil, Sumqayıt şəhərinin mərkəzində, Nərimanov və Sülh küçələrinin kəsişməsində, “Samsung” mobil telefonlarının Azərbaycandakı rəsmi distribyutoru “İntegral” şirkətinə məxsus “İntegralPlus” pərakəndə şəbəkəsinin yeni “SamsungStore” monobrend mağazasında zövq almaq olar.

APA-Economics”in xəbərinə görə, yanvarın 15-də “SamsungStore Sumqayıt” mağazasının təntənəli açılış mərasimi keçirilib.

Mərasimdə “Samsung Mobile”ın Azərbaycandakı rəsmi distribyutoru olan “İntegral” şirkətinin rəhbərliyi və xüsusi qonaqlar – “Samsung” şirkətinin Qafqaz ölkələri, Mərkəzi Asiya və Qazaxıstan üzrə nümayəndəliyinin başçısı Seonq Six Çoy və “Samsung Azərbaycan” şirkətinin nümayəndəliyinin rəhbəri Sanq Pil Çan iştirak ediblər.

Müştərilərə daha yaxın olmaq üçün “İntegral” şirkəti satış şəbəkəsini inkişaf etdirməkdə davam edir. Sumqayıtda “SamsungStore” monobrend mağazasının fəaliyyətə başlaması həm “Samsung” məhsullarının, həm də “İntegral” şirkətinin mövqelərini Azərbaycan bazarında daha da möhkəmləndirilməsinə xidmət edəcək. Sumqayıt sakinləri üçün isə “Samsung” brendinin keyfiyyətli məhsulları daha əlçatan olacaq.

Mağazada “Samsung” brendinin geniş çeşidli müasir model xətti, həmçinin zəngin aksessuar seçimi təklif olunur. Bütün bunlarla müştərilər komfortlu şəraitdə, yüksək səviyyəli xidmətlə, rahat şəkildə tanış ola bilirlər.

“Samsung” firma mağazasının əsas fərqliliyi və üstünlüyü açıq nümayiş zonasının mövcudluğudur. Burada təqdim olunan modelləri dizayn, funksionallıq baxımından qiymətləndirmək, istənilən opsiyaları yoxlamaq, ən yeni məhsulları sınaqdan keçirmək, məhsulların fərqli və üstün tərəflərini açıqlayan texniki xüsusiyyətlərə dair peşəkar məsləhət almaq olar. Şəkillərə baxış, tətbiqlərin yüklənilməsi, İnternetə çıxış - bunların hamısı mağazada tam ödənişsiz şəkildə həyata keçirilir.

Üstəlik, mağazada xüsusi “ağıllı” məhsullar zonası yer alır. Burada hər bir müştəri “Samsung” brendinin müxtəlif malları arasında yüksək səviyyəli kommunikasiya olduğunun şahidi olacaq. Misal üçün, müştəri öz mobil telefonunun içindəkilərini televizorda seyr edə və hətta telefonundan televiziya pultu kimi istifadə edə bilər.


”Integral” şirkətinə məxsus “İntegralPlus” mağazalar şəbəkəsinin çoxsaylı satış məntəqələri müştərilərə yüksək keyfiyyətli mallar və peşəkar xidmətlə təmin edir.

Əlavə məlumat üçün *9494 qısa nömrəsinə zəng etmək və ya www.integralplus.az saytını ziyarət etmək olar.

“İntegral” şirkəti Azərbaycanın bütün telekommunikasiya bazarında güclü çoxşaxəli diler şəbəkəsidir. Şirkət mobil qurğuların və rabitə xidmətlərinin topdan və pərakəndə satış inkişafına sistemli yanaşma nəticəsində geniş şöhrət əldə etmişdir. Şirkətin fəaliyyəti Bakı, Gəncə, Sumqayıt şəhərlərini və respublikanın təxminən 50 regionunu əhatə edir. “Samsung Electronics”in rəsmi distributoru “İntegral” bu dünya şöhrətli istehsalçının orijinal və sertifikatlaşdırılmış mobil qurğuların satışı ilə yanaşı, ölkənin daima təcrübələrini təkmilləşdirən ən yaxşı mühəndislərinin çalışdığı beynəlxalq səviyyəli servis mərkəzlərində onların keyfiyyətli xidmətini təmin edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR