Ağcabədidə partlayış olub

Ağcabədidə partlayış olub
# 05 aprel 2014 09:26 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Ağcabədi rayonunda qaz borusunda partlayış olub.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə aprelin 4-də Ağcabədi şəhərində qeydə alınıb.

Şəhər sakini Eldəniz Nərimanovun həyətindən keçən qaz borusunda təbii qazın sızmasından ani partlayış baş verib. Nəticədə E.Nərimanov yüngül xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR