Sahibkarlığa Kömək Milli Fondunun səlahiyyətləri artırılıb

Sahibkarlığa Kömək Milli Fondunun səlahiyyətləri artırılıb
# 10 iyun 2014 07:15 (UTC +04:00)

APA-nın məlumatına görə, dəyişiklik Sahibkarlığa Kömək Milli Fondunda (SKMF) vəsaitlərin cəmləşdirilməsi ilə bağlıdır.

Bundan sonra SKMF-də informasiya-kommunikasiya texnologiyaları sahəsinə investisiya yardımları da cəmləşdiriləcək. Başqa sözlə, SKMF informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən kiçik sahibkarlara da güzəştli şərtlərlə kredit verə biləcək.

Xatırladaq ki, SKMF-in bu sahədəki səlahiyyəti Nazirlər Kabinetinin 30 avqust 2013-cü il tarixli qərarı ilə ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR