Bakı-Sumqayıt yolunda 1 nəfərin yaralanması ilə nəticələnən zəncirvari qəza baş verib - FOTOSESSİYA

Bakı-Sumqayıt yolunda 1 nəfərin yaralanması ilə nəticələnən zəncirvari qəza baş verib - <span style="color: red;">FOTOSESSİYA
# 05 sentyabr 2013 22:54 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bakı-Sumqayıt yolunda zəncirvari qəza baş verib. APA-nın verdiyi məlumata görə, yol nəqliyyat hadisəsi 10 CK 417 dövlət nömrə nişanlı “VAZ 2107”, 10 ZM 471 dövlət nömrə nişanlı “Mercedes” və 99 CH 174 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobillərin toqquşması nəticəsində baş verib. “VAZ 2107” markalı avtomobilin sürücüsünün hadisə yerini tərk etdiyi bildirilir. Hadisə şahidlərinin sözlərinə görə, sürücü sərxoş olub.

Qəza nəticəsində bir nəfərin yaralandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR