İsveçrə şirkəti Azərbaycanda vaqon tikintisi zavodu inşa edəcək

İsveçrə şirkəti Azərbaycanda vaqon tikintisi zavodu inşa edəcək
# 29 dekabr 2013 13:03 (UTC +04:00)

APA-nın Qərb bürosunun məlumatına görə, bunu nəqliyyat naziri Ziya Məmmədov Gəncədə «Azərbaycan Dəmir Yolları» QSC-nın Gəncə stansiyasının açılış mərasimində bildirib.

Nazirin sözlərinə görə, dövlət başçısının tapşırığı ilə Gəncədə Vaqon Deposunun bazasında yeni müasir sərnişin vaqonları istehsalı zavodunun inşası nəzərdə tutulur.

«Bu istiqamətdə İsveçrənin «Stadler Bussnang AG» şirkəti ilə danışıqlar aparılır. Hazırda layihənin sənədləri hazırlanır. Bir neçə ay sonra layihənin icrasına başlanılacaq», - deyə Z.Məmmədov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR