Nazir: «Bakı-Novorossiysk kəməri Azərbaycan üçün çox əhəmiyyətlidir»

Nazir: «Bakı-Novorossiysk kəməri Azərbaycan üçün çox əhəmiyyətlidir»
# 21 fevral 2014 13:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakı-Novorossiysk neft boru kəməri Azərbaycan üçün çox əlverişlidir. «APA-Economics»in məlumatına görə, bunu bu gün Xəzər-Avropa Klubunun təşkil etdiyi görüşdə jurnalistlərə aşıqlamasında Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.


Onun sözlərinə görə, Xəzər dənizinin Azərbaycan sektorundakı «Azəri-Çıraq-Günəşli» yataqlar blokundan hasil edilən xam neft Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsi ilə xaricə ixrac olunur: «Eyni zamanda, ixrac prosesi Bakı-Supsa kəməri vasitəsi ilə də həyata keçirilir. Bizim quruda fəaliyyət göstərən əməliyyat şirkətlərimiz xam neftə sahibdir və həmin şirkətlər hər zaman Bakı-Novorossiysk kəmərindən istifadə edib».


Nazir qeyd edib ki, həmçinin bu kəmərdən ARDNŞ də istifadə edib: «Ona görə hesab edirəm ki, Bakı-Novorossiysk neft kəməri ilə nəqlin bərpa olunması Azərbaycanın maraqlarına cavab verir. Çünki bu, Azərbaycan neftinin ixracı prosesinə çeviklik gətirir. Bazardan və şəraitdən asılı olaraq, bizim diversifikasiya haqqında danışmağa imkanımız var».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR