Azərbaycanda ət məhsulları üzərində nəzarət güclənəcək

Azərbaycanda ət məhsulları üzərində nəzarət güclənəcək
# 14 aprel 2014 11:50 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda ət kəsimi müəssisələrinə Dövlət Baytarlıq Xidmətinin Respublika Baytarlıq Laboratoriyası tərəfindən daima nəzarət edilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövltə Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmova APA-ya açıqlamasında deyib ki, ölkədə “Halal qida. Ümumi tələblər” dövlət standart tətbiq olunandan sonra ət məhsulları üzərində nəzarət güclənəcək və daha da artacaq.

Onun sözlərinə görə, bütün ət və süd məhsulları Azərbaycana idxal olunmadan öncə həmin ölkədəki epizootik vəziyyət, sağlamlığı araşdırıldıqdan sonra baytarlıq idarələrində şəhadətnamə alınır. S.Rüstəmova qeyd edib ki, ölkəyə idxal olunan bütün ət məhsulları da Respublika Baytarlıq Laboratoriyasında müayinədən keçir, keyfiyyəti və mənşəyi yoxlanılır. Ət məhsullarının hazırlanması ilə məşğul olan sexlərdə də daimi monitorinqlər gedir.

Azərbaycana daha çox Braziliya və Hindistandan idxal olunan məhsulların keyfiyyətinə gəlincə, S.Rüstəmova qeyd edib ki, bu vaxta kimi Braziliyadan ət idxalı aşağı səviyyədə olub: “Ötən il Braziliyadan ət idxalını saxlamışdıq. Ət məhsulları daimi olaraq Hindistandan idxal olunub. Lakin bütün hallarda Respublika Baytarlıq Laboratoriyası bütün idxal olunan ət məhsullarının müayinəsini aparır və sonradan satışa çıxarılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR