Yaponiyada bayram gəzintilərində 15 nəfər həlak olub

Yaponiyada bayram gəzintilərində 15 nəfər həlak olub
# 07 may 2013 04:58 (UTC +04:00)

Bakı-APA. Aprel ayının sonlarından etibarən Yaponiyada davam edən bayramda 15 nəfər həlak olub, 1 nəfər isə itkin düşüb. Bu bayram günlərində yaponlar dağlara çıxmağa üstünlük verirlər.

APA-nın NHK telekanalına istinadən verdiyi məlumata əsasən, aprelin 27-dən mayın 6-dək dağlarda 67 bədbəxt hadisə baş verib. 15 hadisə ölümlə nəticələnib. Ən çox hadisə Naqano prefekturasının ərazisindəki dağlarda baş verib - 27. Həlak olanların 90%-dən çoxu 40 yaşından yuxarı şəxslərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR