Bakıda sərxoş sürücü qəza törədib, özü və oğlu yaralanıb - VİDEO

Bakıda sərxoş sürücü qəza törədib, özü və oğlu yaralanıb - <span style="color: red;">VİDEO
# 17 iyun 2014 02:50 (UTC +04:00)

APA TV-nin məlumatına görə, sürücü Zaur Əliyev "Mercedes" markalı avtomobillə Türkan qəsəbəsindən Hövsan qəsəbəsi istiqamətində hərəkətdə olarkən qarşıdan gələn sürücüsü məlum olmayan digər "Mercedes" onu vurub.

Zərbə güclü olduğundan qəzanı törədən "Mercedes"in sürücüsü və oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə gələn Yol-Patrul Xidmətinin əməkdaşlarının apardığı ilkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya səbəb olan "Mercedes"in sürücüsü içkili olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR