Cənubi Sudanda neft buruqları ilə zəngin olan bölgə üsyançıların nəzarətinə keçib

Cənubi Sudanda neft buruqları ilə zəngin olan bölgə üsyançıların nəzarətinə keçib
# 21 dekabr 2013 23:32 (UTC +04:00)

Bakı-APA. Cənubi Sudanın keçmiş vitse-prezidenti Riyek Maçar neft buruqları ilə zəngin olan Yuniti ştatını ələ keçirdiyini bəyan edib.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, müstəqil mənbələr bu məlumatı təsdiqləməsə də, hərbi ekspertlər Maçarın tabeliyində olan hərbi qüvvələrin bir neçə neft yataqlarına nəzarəti ələ almaq iqtidarında olduğunu istisna etmirlər.

Qeyd edək ki, Cənubi Sudanın büdcəsinin 95 faizini neft sənayesindən əldə olunan gəlirlər formalaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR