Artur Rasizadə Braziliya Gömrük Xidmətinin rəisini qəbul edib

Artur Rasizadə Braziliya Gömrük Xidmətinin rəisini qəbul edib
# 20 may 2014 13:22 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Baş nazir Artur Rasizadə Braziliyanın Gəlirlər üzrə Federal Agentliyi katibinin müavini, Gömrük Xidmətinin rəisi Ernani Çekkuçini qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Braziliya arasında əlaqələrin bütün istiqamətlər üzrə inkişaf etdiyi vurğulanıb, bu səfərin iqtisadi-ticarət sahəsində əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyi bildirilib.

Danışıqlar zamanı Dağlıq Qarabağ məsələsinə toxunulub, işğal altında qalan torpaqların tezliklə azad edilməsi və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR