ABŞ-ın yeni Suriya planı məlum olub

ABŞ-ın yeni Suriya planı məlum olub
# 22 oktyabr 2013 11:15 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. ABŞ Suriyanın Türkiyə ilə sərhəd bölgələrində bufer zonalar yaradılmasını zəruri sayır.

APA-nın verdiyi məlumata görə, bu barədə Türkiyənin nüfuzlu “Hürriyet” qəzeti Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

Buna səbəb son dönəmdə “əl-Qaidə” terror təşkilatına bağlı qrupların (İraq-Suriya İslam Dövləti, əl-Nusra Cəbhəsi və s.) Suriyanın şimalında fəallaşması və bir çox strateji məntəqələrə nəzarəti ələ keçirməsidir. Ağ Evdəki yüksək vəzifəli şəxs bildirib ki, indiyə qədər Türkiyə Bəşər Əsəd rejimini yıxmaq məqsədilə Suriyada təhlükəsiz zonalar yaradılmasını istəsə də, ABŞ buna müsbət yanaşmayıb. Ancaq indi vəziyyət dəyişib, faktiki olaraq indi Türkiyə sərhədlərində faktiki “əl-Qaidə” bölgələri var və Qərblə Türkiyə artıq öz təhlükəsizlikləri barədə düşünməlidirlər. Ona görə də ABŞ bundan sonra səylərini Suriyanın Türkiyə ilə sərhəd bölgələrində bufer zonaların yaradılmasına yönəldəcək. Ağ Ev qaçqın axını və “Əl-Qaidə” təhlükəsi səbəbindən Türkiyənin də Suriyada bufer zona yaradılması təşəbbüsünə dəstək verəcəyinə inanır.

“Hürriyet” Suriyanın Türkiyə ilə sərhəd bölgələrinin “əl-Qaidə” terror təşkilatına bağlı qrupların nəzarətinə keçməsi səbəbindən ABŞ-ın Suriya müxalifətinə ayırdığı qeyri-hərbi yardımın da taleyinin sual altında qaldığını yazıb. Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi də bunu etiraf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR