Professor Əsəd Yəqubinin şəxsi arxivindən yeni materiallar tapılıb

Professor Əsəd Yəqubinin şəxsi arxivindən yeni materiallar tapılıb
# 26 dekabr 2013 13:19 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. AMEA-nın Əlyazmalar İnstitutu pedaqoji elmlər doktoru, professor Əsəd Yəqubinin şəxsi arxivindən bir neçə material əldə edib.

İnstitutdan APA-ya verilən məlumata görə, buraya milliyyətcə azərbaycanlı olan İran alimi Təqi Eraninin bir neçə əsəri, onun həyat və yaradıcılığına dair tədqiqat işləri, Ə.Yəqubinin T.Erani barədə alman tədqiqatçıları ilə məktublaşmaları daxildir.

İnstitutdan bildiriblər ki, bu materiallar arasında Mirzə Fətəli Axundovun 1885-ci ildə Parisdə fars dilində kitab halında çap edilən “Hekayəti-xırs-quldurbasan” və “Müraviyə vəkillərinin hekayəti” əsərləri də var: “Kitaba fransızca ön söz yazmış Barbye göstərir ki, bu kitabı fars dilinə Mirzə Cəfər Qaracadaği tərcümə edib. O, bunları Tehran nəşrindən götürüb lüğət əlavə edərək, Parisdə nəşr etdirib. Kitab fars dilini öyrənmək istəyənlər üçün vəsait kimi hazırlanıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR