Vəkil həbsdə olan jurnalist Rauf Mirqədirovla görüşüb

Vəkil həbsdə olan jurnalist Rauf Mirqədirovla görüşüb
# 07 may 2014 16:28 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Vəkil Fuad Ağayev həbsdə olan jurnalist Rauf Mirqədirovla görüşüb.

Bu barədə APA-ya məlumat verən F. Ağayev bildirib ki, R. Mirqədirovun vəziyyəti yaxşıdır: “Rauf Mirqədirov ona qəzetlərin verilməməsindən şikayət etdi. Bildirdi ki, yalnız dövlət qəzetləri verilir. Həmçinin ailə üzvləri ilə görüşə, onlarla telefon əlaqəsi yarada bilmir. Biz bu əngəllərin aradan qaldırılması üçün məhkəməyə müraciət edəcəyik”.

Qeyd edək ki, R. Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR