Belarus Azərbaycanla informasiya texnologiyaları sahəsində əməkdaşlıq etmək istəyir

Belarus Azərbaycanla informasiya texnologiyaları sahəsində əməkdaşlıq etmək istəyir
# 06 may 2013 15:54 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA-Economics. İnformasiya texnologiyaları sahəsi Belarus və Azərbaycan arasındakı münasibətlərdə perspektiv istiqamətlərdən biri ola bilər.

APA-Economics”in “BelTA” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Belarus parlamentin Azərbaycanla dostluq qrupunun rəhbəri Nikolay Samoseyko Azərbaycan Milli Məclisinin Belarusla parlamentlərarası dostluq qrupunun rəhbəri Ziyad Səmədzadə ilə görüşdə deyib.

N.Samoseyko vurğulayıb ki, Belarus və Azərbaycan arasında mövcud olan əlaqələrin inkişaf etdirilməsi üçün əlavə təkana ehtiyac yoxdur: “Amma elə sahələr var ki, onları daha da inkişaf etdirmək lazımdır, məsələn, informasiya texnologiyaları və kənd təsərrüfatı sahələri”.

Z.Səmədzadə isə öz növbəsində bildirib ki, iki ölkənin alimləri bəzi sahələrdə əməkdaşlığa malikdirlər və Azərbaycanda bir sıra elmi-texniki layihələr icra olunur: “Azərbaycan-Belarus münasibətlərinin bir çox istiqamətləri strateji xarakter daşıyır”. Bu il ikitərəfli əlaqələrin yaradılmasının 20 illiyinin qeyd olunduğunu xatırladan Z.Səmədzadə əlavə edib ki, bu illər ərzində ticarət dövriyyəsinin artırılması, siyasi, sosial, mədəni əlaqələrin inkişaf etdirilməsi üçün çoxlu işlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR