Bakıda “Sərhədsiz İncəsənət” adlı sərgi keçiriləcək

Bakıda “Sərhədsiz İncəsənət” adlı sərgi keçiriləcək
# 05 noyabr 2013 13:13 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Noyabrın 15-i Azərbaycan paytaxtında “Sərhədsiz İncəsənət” adlı sərginin açılışı olacaq.

Bu barədə APA-ya Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm üzrə müşaviri Seyit Arslan məlumat verib. Müşavir deyib ki, sərgi Azərbaycan Təhsil Nazirliyi, Türkiyənin Azərbaycandakı səfirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Türkiyənin Memar Sinan Gözəl Sənətlər Universiteti, Qazi Universiteti Azərbaycan Dövlət Rəssamlar İttifaqı tərəfindən birgə təşkil olunacaq.

Müşavirin sözlərinə görə, noyabrın 15-i açılacaq sərgi bir həftə davam edəcək və orada Azərbaycandan və Türkiyədən olan sənətçilər iştirak edəcək. Sərgi Azərbaycan Rəssamlıq Akademiyasında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR