Bakı sakini polisə bomba qoyulması barədə yalan məlumat verib

Bakı sakini polisə bomba qoyulması barədə yalan məlumat verib
# 21 fevral 2014 10:19 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, fevralın 20-də saat 07:00 radələrində naməlum şəxs Yasamal rayonu Azərbaycan prospektindəki taksofondan DİN-in "102" Zəng Mərkəzinə zəng edərək “Nizamidə bomba var” deyib və dəstəyi asıb.

Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin və Milli Təhlükəsizlik Nazirliyinin Yasamal Rayon İdarəsi əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayıb.

Aparılmış araşdırmalarla məlumatın Bakı şəhər sakini, ruhi xəstə Eldəniz Balayev tərəfindən verilməsi müəyyən edilib və o saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR