Qabaşvili: "İvanişvilinin Gürcüstanın Avrasiya İttifaqına qoşulmasının mümkünlüyü ilə bağlı bəyanatı fəlakətdir"

Qabaşvili: "İvanişvilinin Gürcüstanın Avrasiya İttifaqına qoşulmasının mümkünlüyü ilə bağlı bəyanatı fəlakətdir"
# 05 sentyabr 2013 04:24 (UTC +04:00)

Bakı-APA. Gürcüstan parlamentində müxalifət fraksiyasının liderlərindən biri olan Georgi Qabaşvili baş nazir Bidzina İvanişvilinin ölkənin Avrasiya İttifaqına qoşulması perspektivləri ilə bağlı bəyanatını fəlakət adlandırıb. APA-nın “İnterpressnews”a istinadən verdiyi məlumata görə, Qabaşvili qeyd edib ki, İvanişvilinin baş nazir qismində bu kimi bəyanatları səsləndirməsi Gürcüstanın maraqlarına ziddir.

“O deyib ki, Gürcüstan hökuməti belə bir imkanı nəzərdən keçirir və bu, ölkə üçün yaxşıdırsa, niyə də olmasın. Bu bəyanat fəlakətdir. Çünki Gürcüstan vətəndaşlarının əksəriyyəti referendumda ölkənin NATO-ya üzv olmasını dəstəkləyib. Putinin layihəsinə qoşulmasını isə heç nəzəri cəhətdən ehtimal etmək olmaz, ona görə ki, bu, Gürcüstanın seçdiyi yoldan tam imtina deməkdir”, - deyə Qabaşvili parlamentdə çıxışı zamanı bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR