ABŞ Konqresinin üzvləri Xocalı faciəsi ilə bağlı Konqresdə bəyanatlarla çıxış ediblər

ABŞ Konqresinin üzvləri Xocalı faciəsi ilə bağlı Konqresdə bəyanatlarla çıxış ediblər
# 27 fevral 2014 02:44 (UTC +04:00)

APA-nın məlumatına görə, ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədrlərindən olan Stiv Kohen öz bəyanatında Azərbaycanın Dağlıq Qarabaş bölgəsinin Xocalı şəhərində baş verən faciə barədə məlumat verib və Dağlıq Qarabağın hal-hazırda işğal altında olduğunu bəyan edib. Konqresmen Kohen Azərbaycanı dünyanın önəmli bir regionunda ABŞ-ın güclü müttəfiqi kimi xarakterizə edib və ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsinin həllində fəal iştirakının vacibliyini vurğulayıb.

Konqresdəki Azərbaycan üzrə İşçi Qrupun üzvlərindən olan Vircinya Foks öz bəyanatında Xocalı faciəsinin Ermənistan-Azərbaycan münaqişəsinin ən ağrılı günü olduğunu və Amerika xalqının bu hadisəni yad etməsinin önəmini qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR