Azərbaycanlı köçkünlərin acınacaqlı durumu Britaniya mediasında işıqlandırılıb - FOTO

Azərbaycanlı köçkünlərin acınacaqlı durumu Britaniya mediasında işıqlandırılıb - <span style="color: red;">FOTO
# 25 iyun 2014 07:38 (UTC +04:00)

Bakı – APA. İyunun 20-də Böyük Britaniyanın nüfuzlu “The Telegraph” qəzetində dünya şöhrətli amerikalı fotojurnalist Ed Kaşinin azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyini əks etdirən “Həyata keçməyən arzular” adlı foto sərgisinə dair müsahibəsi və foto sessiyası dərc edilib.

APA-nın xəbərinə görə, Ed Kaşi Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəvəti ilə azərbaycanlı qaçqın və məcburi köçkünlərin didərginlik həyatlarını fotoobyektivə almaq üçün Azərbaycanda səfərdə olub. Fotoqraf “The Telegraph”a verdiyi müsahibədə Azərbaycanın qaçqın və məcburi köçkün problem ilə üzləşən ilk keçmiş sovet ölkəsi olduğunu bildirib: “Qaçqınlar Ermənistandan, məcburi köçkünlər isə Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf yeddi rayondan olan etnik azərbaycanlılardır”.

E. Kaşinin sözlərinə görə, hazırda Azərbaycan dünya ölkələri sırasında adambaşına düşən qaçqın və məcburi köçkünlərin sayına görə birinci yerdədir.

Müəllifin “Həyata keçməyən arzular” adlı foto sərgisi TEAS tərəfindən London və Brüsseldə təşkil olunub. Ötən həftədən etibarən isə Ümumdünya Qaçqınlar günü münasibətilə Parisdə sərgilənir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR