Ukrayna Təhlükəsizlik Xidməti: Separatçılığın qarşısı kəskin şəkildə alınacaq

Ukrayna Təhlükəsizlik Xidməti: Separatçılığın qarşısı kəskin şəkildə alınacaq
# 21 fevral 2014 16:55 (UTC +04:00)

APA-nın “RBK Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, bəyanatda deyilir ki, bu gün Ukraynada ayrı-ayrı siyasətçilər, bəzi ictimai birliklərin liderləri əhali arasında avtonom və separatçı əhval-ruhiyyənin yayılmasına cəhd göstərir.

Açıqlamada bildirilir ki, müxtəlif səviyyələrdən olan ayrı-ayrı deputatlar xarici dövlətlərin nümayəndələri ilə separat danışıqlar aparır: “Ölkənin bir neçə yerə bölünməsinin mümkünlüyü barədə açıq məsləhətləşmələr gedir. Bu, unitar dövlət kimi ölkəmizin varlığına son qoya və dövlət suverenliyinin itirilməsinə səbəb ola bilər. Bunları nəzərə alaraq Təhlükəsizlik Xidməti tərəfindən Ukraynanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına qəsd edənlərə qarşı ciddi tədbirlər görüləcək, belə şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq”.

Xatırladaq ki, Ukraynanın Krım Muxtar Respublikası parlamentində vaxtaşırı olaraq Rusiyaya birləşmək çağırışları səslənir. Xarkov qubernatoru Mixail Dobkin isə şərq və cənub vilayətlərinin müxtəlif səviyyələrdən olan deputatlarını toplantıya çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR