İsrail hərbçiləri Fələstin dövlətinin baş nazirinin kortejini saxlayıb

İsrail hərbçiləri Fələstin dövlətinin baş nazirinin kortejini saxlayıb
# 14 yanvar 2014 14:01 (UTC +04:00)

Bakı – APA. İsrail hərbçiləri Fələstin dövlətinin baş naziri Rami Həmdullanın kortejinin hərəkətinə mane olub.

APA – nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Fələstin hökumətinin rəsmi nümayəndəsi Əhab Bseso bildirib ki, baş nazirin korteji İordan çayının qərb sahilində, İsrail nəzarət-keçid məntəqəsində saxlanılıb. İsrail hərbçiləri və yəhudi məskənlərinin sakinləri Həmdullanın mühafizəçilərini avtomobildən çıxmağa məcbur edib.

Bseso bunu yəhudi məskənlərində yaşayanların Fələstin xalqına qarşı zorakı əməllərə “yaşıl işıq” verən hücum kimi qiymətləndirib. O, dünya ictimaiyyətini İsraili fələstinlilərə qarşı zorakılığı dayandırmağa məcbur etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR