Gürcüstan XİN: Marqvelaşvili-Putin görüşü baş tuta bilər

Gürcüstan XİN: Marqvelaşvili-Putin görüşü baş tuta bilər
# 12 fevral 2014 08:00 (UTC +04:00)

Bakı – APA. Gürcüstan və Rusiya prezidentləri arasında görüşün mümkünlüyü istisna deyil.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Gürcüstan xarici işlər naziri Maya Pancikidze deyib.

“Bu çox ciddi mövzudur. Bu cür görüşə ciddi hazırlaşmaq lazımdır. Bu dərhal baş tutmayacaq”, - deyə o vurğulayıb.

M.Pancikidze məsələnin fevralın sonunda Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze ilə Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasin arasında baş tutacaq görüşdə müzakirə olunacağını da istisna etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR