Ceyms Dey: “Azərbaycan Cənubi Afrikada daha çox tanınmağa başlayıb”

Ceyms Dey: “Azərbaycan Cənubi Afrikada daha çox tanınmağa başlayıb”
# 04 mart 2014 14:24 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Azərbaycanlılar dünyada ən qonaqpərvər millətdir.

Bunun APA-ya açıqlamasında “Cənubi Afrikanın Azərbaycan Dostları” təşkilatının həmtəsisçisi və idarə heyətinin üzvü Ceyms Dey deyib.

Onun sözlərinə görə, Azərbaycanın Cənubi Afrikada səfirliyi açılandan sonra əlaqələr daha sürətlə inkişaf etməyə başlayıb: “Biznes nöqteyi-nəzərdən əlaqələrimiz artıq 5-7 ildir inkişaf edir, daha çox müdafiə sahəsində. Bu da onu göstərir ki, Cənubi Afrika və Azərbaycan çox yaxşı tərəfdaş ola bilər”.

C.Dey bildirib ki, Azərbaycan Cənubi Afrikada daha çox tanınmağa başlayıb. Bu yaxınlarda Cənubi Afrikada Azərbaycan barədə daha iki kitabın çap olunacağını deyən təşkilat həmtəsisçisi digər ölkələrdə fəaliyyət göstərən Azərbaycan dostluq qrupları ilə əlaqələri genişləndirmək niyyətində olduqlarını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR