Ümumrusiya Azərbaycan Konqresinin regional nümayəndəliklərinin ilin yekunlarına həsr olunan toplantısı keçirilib - FOTOSESSİYA

Ümumrusiya Azərbaycan Konqresinin regional nümayəndəliklərinin ilin yekunlarına həsr olunan toplantısı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 25 dekabr 2013 10:57 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Moskvada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) regional nümayəndəliklərinin geniş toplantısı keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, toplantıda təşkilatın fəaliyyəti, gələcək planlar və layihələr müzakirə olunub. ÜAK-ın icraçı direktoru İlqar Hacıyev iştirakçıları qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək 2013-cü ildə konqresin gördüyü işlərdən danışıb.

Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov çıxışında bildirib ki, hər bir azərbaycanlının arxalana biləcəyi yer onun tarixi vətəni Azərbaycandır, Rusiyada yaşayan azərbaycanlıların arxalana biləcəyi yer isə dövlətin rəsmi nümayəndəliyi olan səfirlikdir. Diplomat qeyd edib ki, Rusiyada Azərbaycan diasporunun güclü olmasının təminatı birlikdir, azərbaycanlılar milli maraqlar ətrafında birləşməlidir: “Ümumrusiya Azərbaycan Konqresi də məhz bunun üçün yaradılıb. Səfirliklə birlikdə ÜAK böyük nailiyyət və müvəffəqiyyətlər qazanacaq. Rusiyada böyük nüfuza malik olan səfirimiz Polad Bülbüloğlunun istəyi də elə bundan ibarətdir”.

Tədbirin sonunda diaspor nümayəndələri və jurnalistlər aktiv ictimai fəaliyyətlərinə görə diplom, fəxri fərman və medallarla təltif olunublar. Onların arasında APA-nın Moskva müxbiri Fərid Əkbərov da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR