Misirdə “Əl-Cəzirə” telekanalının 20 müxbiri məhkəmə qarşısına çıxacaq

Misirdə “Əl-Cəzirə” telekanalının 20 müxbiri məhkəmə qarşısına çıxacaq
# 29 yanvar 2014 15:51 (UTC +04:00)

Bakı – APA. Misirdə “Əl-Cəzirə” telekanalının 20 müxbiri məhkəmə qarşısına çıxacaq.

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, artıq Misir prokurorluğu yekun ittiham sənədlərini məhkəməyə göndərib.

“Əl-Cəzirə” telekanalının 20 nəfər əməkdaşı terrorçu təşkilatlara kömək etməkdə, habelə Misirin milli təhlükəsizliyinə təhdid xarakterli məlumatların yayılmasında ittiham olunur. Onların arasında 4 nəfər xarici ölkə (Avstraliya, Niderland və Böyük Britaniya) vətəndaşı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR