“Sevimlilərə sürpriz” – “Muğanbank” və “Lider” sisteminin birgə kampaniyası

“Sevimlilərə sürpriz” – “Muğanbank” və “Lider” sisteminin birgə kampaniyası
# 04 aprel 2014 14:08 (UTC +04:00)

Bakı – APA-Economics. “Muğanbank” ASC “Lider” təcili pul köçürmələri sistemi ilə birgə “Sevimlilərə sürpriz” adlı kampaniyasını keçirir.

APA-Economics”in məlumatına görə, kampaniya mart ayının 27-dən may ayının 27-nə qədər davam edəcək.

Kampaniya çərçivəsində bankın istənilən filial və ya şöbəsindən “Lider” təcili pul köçürmə sistemi vasitəsi ilə pul vəsaiti qəbul edən müştəri 1 AZN dəyərində mobil danışıq kartı əldə edir.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Hal-hazırda bankın ölkə ərazisində 33 filialı və 6 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.

“Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

“Sevimlilərə sürpriz” kampaniyası haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və ya www.muganbank.az saytına, həmçinin https://www.facebook.com/pages/Muganbank/ facebook səhifəsinə keçid ala bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR