Bayram Səfərov: “Xocalıda cinayət törədənlər məhkəmə qarşısında dayanmalı və cavab verməlidirlər”

Bayram Səfərov: “Xocalıda cinayət törədənlər məhkəmə qarşısında dayanmalı və cavab verməlidirlər”
# 21 fevral 2014 10:21 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Ermənilər tərəfindən insanlarımıza qarşı olmazın əzabının verilməsi, insanların diri-diri yandırılması, dərilərinin soyuması heç zaman unudula bilməz. Bu cür cinayəti törədənlər məhkəmə qarşısında dayanmalı və cavab verməlidirlər”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

B. Səfərov vurğulayıb ki, Xocalıda xalqımıza qarşı törədilən soyqırımı unudulmamalıdır.

İcma rəhbəri deyib ki, bu gün Xocalı soyqırımı bütün ölkədə anılır, eləcə də "Xocalıya ədalət!" kampaniyası çərçivəsində bütün dünyada soyqırımının tanınması, Xocalıda azərbaycanlılara qarşı törədilən vəhşiliklərin dünyaya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində geniş miqyaslı işlər aparılır.

Onun sözlərinə görə, fevralın 24-də Şuşa Musiqili Dram Teatrı tərəfindən səhnələşdirilən anım mərasimi keçiriləcək.

B. Səfərov qeyd edib ki, hazırda məcburi köçkünlərin mənzil ehtiyacı çox böyükdür və bu problem tədricən həll olunur: “Eyni zamanda Xocalıdan olan, hər iki valideynini itirmiş uşaqların qayğıları var, hamımız onlara diqqətlə yanaşmalıyıq. Biz də öz növbəmizdə çalışırıq onların mənzil və digər problemlərini həll edək”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR