Azərbaycan əhalisinin gəlirləri ötən ay 4% artıb

Azərbaycan əhalisinin gəlirləri ötən ay 4% artıb
# 19 fevral 2014 14:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycan əhalisi 2,6 mlrd. manatlıq və ya əvvəlki ilin yanvar ayı ilə müqayisədə 3,8% çox gəlir əldə edib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, onun orta hesabla hər nəfərə düşən həcmi 2,5% artaraq 279,7 manat olub.

Bütün icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 2,4 mlrd. manatlıq və ya əvvəlki ildəkindən 3,8% çox vəsait qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR