Elmar Məmmədyarov: “Türkiyə və Türkmənistan xarici işlər nazirləri ilə müzakirələrimiz çox qardaşyana keçdi”

Elmar Məmmədyarov: “Türkiyə və Türkmənistan xarici işlər nazirləri ilə müzakirələrimiz çox qardaşyana keçdi”
# 26 may 2014 12:05 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. “Bugünkü görüşdə müzakirələr çox qardaşyana keçdi”. APA-nın xəbərinə görə, bunu Türkiyə və Türkmənistan xarici işlər nazirləri ilə keçirilən görüşdən sonrakı mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Onun sözlərinə görə, bu formatda görüşləri davam etdirmək qərara alınıb: “Aşqabaddakı görüşdən öncə baş tutacaq iclasda enerji, iqtisadi, nəqliyyat, turizm, mədəniyyət, idman sahələrində əməkdaşlığı müzakirə edəcəyik ki, bu istiqamətdə tərəflər arasındakı münasibətlər daha da genişlənsin. İstiqamət artıq bəllidir. Bu layihələr üzərində işimizi quracağıq”.

E.Məmmədyarov yalnız xarici işlər nazirləri səviyyəsində deyil, digər nazirlər səviyyəsində də görüşlər keçirilməsi haqqında razılığa gəlindiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR