Aslan İsmayılovun apellyasiya şikayəti təmin edilməyib

Aslan İsmayılovun apellyasiya şikayəti təmin edilməyib
# 25 noyabr 2013 13:14 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA.Bu gün Bakı Apellyasiya Məhkəməsində vəkil Aslan İsmayılovun şikayətinə baxılıb. Aslan İsmayılovun APA-ya verdiyi məlumata görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Vəkillər Kollegiyası (VK) A. İsmayılovun vəkillik statusunun ləğv edilməsi barədə iddia ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib. Həmin qərardan isə A. İsmayılov apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR