Azərbaycanda daha bir şirkətə yeni broker və diler lisenziyaları verilib

Azərbaycanda daha bir şirkətə yeni broker və diler lisenziyaları verilib
# 21 may 2013 14:19 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən «Invest-AZ» MMC-yə broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün yeni lisenziyalar verilib.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, Komitəsi tərəfindən «Invest-AZ» MMC-yə yeni lisenziyalar 5 il müddətinə verilib.

Qeyd edək ki, hazırda Azərbaycanın qiymətli kağızlar bazarında 14 broker fəaliyyəti, 13 diler fəaliyyəti və 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası və 1 klirinq üzrə peşəkar fəaliyyətə verilmiş lisenziyalar qüvvədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR