“Azər-Türk Bank” sadiq müştərilərinə endirim kampaniyasına başlayıb

“Azər-Türk Bank” sadiq müştərilərinə endirim kampaniyasına başlayıb
# 22 may 2014 12:36 (UTC +04:00)

Bakı - APA-Economics. “Azər-Türk Bank” sadiq müştərilərinə Loyallıq Proqramını təqdim edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Platinum Klub” adlı bu proqrama əsasən ikinci dəfə kredit götürən müştərilər istehlak kreditlərində 1% endirim qazanacaq.

Əgər müştəri banka 3-cü dəfə müraciət edirsə, o zaman istehlak kreditlərində 1% endirim qazanmaqla yanaşı, bank komissiya ödənişlərində də endirim əldə edəcək. Belə ki, 2500 manata qədər müraciət edənlər komissiya ödənişindən azad olunur. Bundan başqa, 10 000 manatlıq kredit üçün müraciət edən müştərilər komissiya ödənişində 20% endirim, 15 000 manata qədər olan kreditlərdə 30% endirim və 50 000 manata qədər müraciətlərdə isə 40% endirim qazanmış olacaq.

“Platinum klub” sadiqlik proqramı barəsində daha ətraflı məlumat əldə etmək üçün (012) 945 nömrəsi ilə əlaqə saxlamaq olar.

Qeyd edək ki, “Azər-Türk Bank” ASC 11 iyul 1995-ci ildən etibarən fəaliyyət göstərir. Bank fiziki və hüquqi şəxslərə geniş çeşidli xidmətlər göstərməklə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdə əhəmiyyətli rol oynamaqdadır. Bank Türkiyə Respublikasının “Ziraat” Bankı, Azərbaycanın “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı, Almaniyanın “Ziraat Bank İnternational AG” və “Turan Bank” ASC tərəfindən təsis edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR