Azərbaycanda icbari sığortaya cəlb olunan avtonəqliyyat vasitələrinin sayı ötən ay 4% azalıb

Azərbaycanda icbari sığortaya cəlb olunan avtonəqliyyat vasitələrinin sayı ötən ay 4% azalıb
# 03 mart 2014 13:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin fevral ayında Azərbaycanda 48 364 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub.

İcbari Sığorta Bürosundan «APA-Economics»ə verilən məlumata görə, bunların 15,2 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.

Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 3,7 mln. manatdan çox olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 3,9%, sığorta haqlarının məbləğində 3,5% azalma müşahidə edilib.

Bu ilin fevral ayında orta sığorta haqqı 77,3 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR