Ukrayna səfirinin müavini: “Yeni prezidentin Azərbaycana səfəri planlaşdırılıb”

Ukrayna səfirinin müavini: “Yeni prezidentin Azərbaycana səfəri planlaşdırılıb”
# 14 may 2014 09:25 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Ukraynanın Azərbaycandakı səfirinin müavini Rüstəm Rüstəmov keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, səfər zamanı Ukrayna-Azərbaycan Prezident Şurasının 5-ci iclasının keçirilməsi nəzərdə tutulub. Bundan əvvəl isə Kiyevdə hökumətlərarası komissiyanın yığıncağı keçirilməlidir.

R. Rüstəmov ölkələr arasında ticarət-iqtisadi əməkdaşlığın davam etdiyini söyləyib: “Ötən il ticarət dövriyyəsinin həcmi 992 milyon dollara çatıb”.

Diplomat Ukraynanın ərazi bütövlüyünə dəstək verdiyinə görə Azərbaycan rəhbərliyinə bir daha təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR