ABŞ-da qar fırtınası azı 15 nəfərin ölümünə səbəb olub - VİDEO

ABŞ-da qar fırtınası azı 15 nəfərin ölümünə səbəb olub - <span style="color: red;">VİDEO
# 04 yanvar 2014 07:37 (UTC +04:00)

Ölənlərin çoxu kəskin hava şəraiti ilə əlaqədar baş verən yol-nəqliyyat hadisələrində dünyasını dəyişib. Nyu-York ştatında alsgeymer xəstəliyindən əziyyət çəkən bir qadın donaraq ölüb. Ştatın qubernatoru sakinlərə müraciət edərək onları xüsusi ehtiyac olmadan evlərini tərk etməməyə çağırıb. Nyu-York ştatında fövqəladə vəziyyət elan olunub.

Nyu-Yorkdan başqa bir neçə gündür davam edən qar fırtınası Nyu-Cersi, Miçiqan, Massaçusets, Kentukki, İndiana, İllinoys və digər ştatlara da təsir edib. Pis hava şəraiti səbəbi ilə 2 minə yaxın təyyarə reysi təxirə salınıb, avtomobil yolları bağlanıb. Ölkənin bəzi yerlərində havanın temperaturu mənfi 23 dərəcəyə enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR