Neftçalada 100 baş xırdabuynuzlu heyvan yanğın nəticəsində tələf olub

Neftçalada 100 baş xırdabuynuzlu heyvan yanğın nəticəsində tələf olub
# 17 yanvar 2014 03:48 (UTC +04:00)

Bakı-APA. Ötən gecə Neftçalada yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisələrdən biri Neftçala rayonu, Kür Qarabucaq kəndində (rayon mərkəzindən 27 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 360 kv.m olan tövlədə baş verib. Nəticədə tövlənin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 100 baş xırdabuynuzlu heyvan tələf olub.

Tövləyə bitişik ümumi sahəsi 720 kv.m olan taxıl anbarı yanğından mühafizə olunub.

Yanğın saat 02:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR