Vyetnam millisi Azərbaycana rəqib olub

Vyetnam millisi Azərbaycana rəqib olub
# 28 fevral 2014 11:09 (UTC +04:00)

Bakı – APA. Futzal üzrə Azərbaycan millisinin beynəlxalq turnirdəki rəqiblərinin siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, braziliyalı baş məşqçi Joze Alesionun yetirmələrinin bu ilin aprelində Özbəkistanda çıxış edəcəyi yarışa daha 2 komanda dəvət alıb.

Belə ki, Vyetnam və Yaponiya milliləri də Daşkənddə təşkil olunacaq turnirin iştirakçıları sırasına qoşulub. Bunadək yarışda yığmamızla yanaşı, Özbəkistan, Qazaxıstan və İran millilərinin də çıxış edəcəyi gözlənilirdi. Bununla da qalib adı uğrunda mübarizə aparacaq komandaların sayı 6-ya çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR