Bakıda ikimərtəbəli 6 otaqlı ev yanıb

Bakıda ikimərtəbəli 6 otaqlı ev yanıb
# 05 yanvar 2014 04:08 (UTC +04:00)

Bakı-APA. Bakıda gecə saatlarında yanğın hadisəsi baş verib, APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan ikimərtəbəli 6 otaqlı evdə baş verib. Nəticədə evin 2-ci mərtəbəsində 3 otağının yanar konstruksiyaları 150 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 01:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR