Ukrayna rəsmi şəkildə BMT-yə müraciət edib

Ukrayna rəsmi şəkildə BMT-yə müraciət edib
# 28 fevral 2014 15:35 (UTC +04:00)

Bakı – APA. Ukrayna Xarici İşlər Nazirliyi BMT-yə müraciət edərək Krımdakı vəziyyəti müzakirə etməyə çağırıb. APA-nın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, bunu xarici işlər naziri Andrey Deşitsa Kiyevdə xarici ölkələrin səfirləri ilə keçirdiyi görüşdə deyib. “Mən müvafiq məktubu imzalayaraq bizim BMT-dəki səfirimizə göndərdim. O, məsələnin gündəmə alınması üçün BMT Təhlükəsizlik Şurasına müraciət edəcək”, - deyə nazir söyləyib.

A. Deşitsa ümid etdiyini bildirib ki, müraciətə operativ baxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR