AMEA Gənc Alim və Mütəxəssislər Şurasının ilk təsis yığıncağı keçirilib

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının ilk təsis yığıncağı keçirilib
# 05 noyabr 2013 14:11 (UTC +04:00)

Gənc Alim və Mütəxəssislər Şurasının sədri təyin olunub

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Neft-Kimya Prosesləri İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının ilk təsis yığıncağı keçirilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə institutun direktoru, direktor müavinləri, elmi şuranın üzvləri, şöbə müdirləri və institutun gənc əməkdaşları iştirak ediblər.

AMEA Neft-Kimya Prosesləri İnstitutunun direktoru, professor Vaqif Abbasov rəhbərlik etdiyi müəssisənin əməkdaşlarının orta yaş həddinin 45 olduğunu qeyd edib. O bildirib ki, son 10 ay ərzində 70-dən çox gənc alim və mütəxəssis işə qəbul olunub. Alimin sözlərinə görə, institut tərəfindən 6 nəfər dövlət vəsaiti hesabına bir illik praktikaya göndərilib.

Sonra bu şuraya namizədliyi irəli sürülən gənclər səsvermə yolu ilə üzv seçilib. Tərkibi 25 nəfərdən ibarət olmaqla Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərminə Abdullayeva təyin olunub. AMEA Gənc Alim və Mütəxəssislər Şurasına üzv olmaq üçün institutdan 3 namizəd irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR