Bakıda “Sülh və Təhlükəsizlik üçün Beynəlxalq Koalisiya” mövzusunda tədbir keçirilib - FOTO - VİDEO

Bakıda “Sülh və Təhlükəsizlik üçün Beynəlxalq Koalisiya” mövzusunda tədbir keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 27 fevral 2014 11:26 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Bakıda “Sülh və Təhlükəsizlik üçün Beynəlxalq Koalisiya” (International Coalition for Peace and Security) adlı tədbir keçirilib. APA-nın məlumatına görə, ASAIF (Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu) və beynəlxalq QHT-lərin birgə keçirdiyi tədbirdə ASAIF-in sədri Ramin Həkimov bildirib ki, əsas məqsəd koalisiya Azərbaycan maraqlarını beynəlxalq səviyyədə hər yerdə təmsil etsin.

O qeyd edib ki, onların bu koalisiya çərçivəsində quracağı münasibətlər gələcəkdə dövlətlərarası münasibətlərə müsbət mənada təsir edə bilər: “Onun üçün də konsepsiya yazaraq gənc liderlərə göndərdik. Onlar da konsepsiyaları qəbul edərək fikirlərini bildirdikdən sonra Azərbaycana gəldilər. Burada Azərbaycandan sadəcə, ASAIF təmsil olunur. Tədbirdə Böyük Britaniya, İtaliya, İspaniya, Ukrayna, Litva, Türkiyə, İsrail, Vyetnam və digər ölkədən təmsilçilər var. Bu gənclər öz cəmiyyətlərinin, ölkələrinin ən öndə gedən, nüfuzlu liderləridir. Biz hər ölkədən 1-2 gənc lider seçdik ki, bu koalisiyanın üzvləri olsunlar. Koalisiyanın əsas məqsədlərindən biri Cənubi Qafqazda olan sülh və təhlükəsizlik məsələlərinin müəyyən mənada həllinə nail olmaq, əməkdaşlıq qurmaq və beynəlxalq layihələrdə aktiv şəkildə iştirak etməkdir”.

Çıxış edən İtaliyadan olan Tomassi Cakkozi bildirib ki, koalisiya ona qoşulan ölkələrə və gənc liderlərə böyük uğurlar gətirəcək.

İspaniyada sosialist partiyasının nümayəndəsi Patrisiya Rivera isə vurğulayıb ki, koalisiyadan gözləntilər böyükdür.

Litvada QHT rəhbəri olan qonaq Raida Vaulter isə deyib ki, Azərbaycanda olan gənclər siyasəti və dövlət quruculuğu onun diqqətini cəlb edib.

Tədbir sabah da davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR