Şəkidə avtomobil körpüdən aşıb, ölən var - VİDEO

Şəkidə avtomobil körpüdən aşıb, ölən var - <span style="color: red;">VİDEO
# 14 noyabr 2013 02:48 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, 1982-ci il təvəllüdlü Balacayev Rövşən Alıbəy oğluna məxsus "Hyundai" markalı minik avtomobili rayon mərkəzindən 10 km aralıda yerləşən İncə kəndində körpünün üzərindən çayın kənarına yuvarlanıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Nəticədə avtomobilin sürücüsü R.Balacayev aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Yanğınsöndürən-xilasedicilər tərəfindən meyit müxtəlif kəsici alətlərdən istifadə edilməklə, avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR