Paytaxt və Salyanda yanğın olub

Paytaxt və Salyanda yanğın olub
# 23 yanvar 2014 17:42 (UTC +04:00)

Bakı-APA. Bu gün günün ikinci yarısında ölkə ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisələrdən biri Bakının Binəqədi rayonunda ümumi sahəsi 609 kv.m olan birmərtəbəli kommunal tipli evin vətəndaşa məxsus 3 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 12 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub.

Daha bir yanğın hadisəsi Salyan rayonunun Arbatan kəndində (rayon mərkəzindən 3 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 4 otaqlı evdə baş verib. Nəticədə evin 1 otağının və mətbəxin tavanı 36 kv.m sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR